Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Ülvü Şükürov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşısına çıxan digər maşınla qəza etməmək üçün yol kənarında dayanan “Zoo mağazaya” çırpıb.
İlkin məlumata görə, qəza zamanı sürücü xəsarət alaraq Gəncədəki xəstəxanaların birinə yerləşdirilib, müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma başlanılıb.