Gəncədə “Hyundai” və “Dacia” toqquşdu, iki nəfər yaralandı VİDEO

23.01.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 22-də səhər saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan 90-ZM-504 dövlət nömrə nişanlı “Dacia” markalı maşın, qarşı tərəfdən gələn “Hyundai” markalı avtomobillə toqquşub. Daha sonra “Hyundai” yoldan çıxaraq obyektə çırpılıb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “Dacia”nın sürücüsü və sərnişini yüngül bədən xəsarətləri alıb. 

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Oxunub 138

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью