Gəncədə “Hyundai” yandı

19.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Gəncədə “Hyundai” markalı minik avtomobilində yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Abbas Səhhət adlanan qəsəbəsində qeydə alınıb.
Belə ki, avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölməsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülüb, avtomobilin qalan hissələri yanğından mühafizə olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью