Gəncədə idarəetmədən çıxan “VAZ” “Opel”ə çırpıldı VİDEO

09.01.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncədə yol qəzası baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 8-də saat 10:00 radələrində şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb. Hərəkətdə olan 20-DY-436 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın 20-DY-533 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью