Gəncədə iki avtomobil toqquşdu, ölən var

10.05.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində, 1973-cü il təvəllüdlü L.İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanalardan birinə aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью