Gəncədə iki maşın toqquşdu Qadın öldü, həyat yoldaşı yaralandı (YENİLƏNİB)

09.11.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Gəncədə iki minik maşınının toqquşması zamanı xəsarət alanlardan biri xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva xəsətəxanada ölüb.

Qadının həyat yoldaşı 1962-ci il Fəxrəddin Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

***

12:06

Gəncədə yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan "Opel"ilə "Mersedec "markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью