Gəncədə iki maşın toqquşub, xəsarət alan var FOTO | Icma.az
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Səbuhi Əliyev küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Prius” markalı minik maşını ilə “QAZel” markalı yük maşını toqquşub.
Qəzada 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki maşına ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu