Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb

22.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, xəsarət alan 1969-cu il təvəllüdlü E.Hüseynov və həyat yoldaşı, 1968-ci il təvəllüdlü U.Hüseynova xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü R.Abbasov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nıticəsində saxlanılıb və istintaqa təhvil verilib.

Qeyd edək ki, R.Abbasov zərərçəkən E.Hüseynovun bacısı oğludur.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью