Gəncədə iki nəfərin meyiti tapıldı | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir. Dünən axşam saatlarında Gəncədə 2 nəfərin meyiti tapılıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, saat 20 radələrində şəhər ərazisində “Nissan” markalı 99-DL-609 dövlət nömrə nişanlı avtomobildə kişi meyiti aşkar edilib.
Məlum olub ki, yol kənarında dayanmış avtomobildə ölən şəxs maşının sahibi 1978-ci il təvəllüdlü Şirin Məhərrəm oğlu Cəfərovdur.
Onun üzərində zorakılıq əlaməti aşkar edilməyib. Bundan başqa Gəncə şəhər 5-ci mikrorayonda 5 saylı binadan da meyit tapılıb.
Həmin binada yaşayan 1983-cü il təvəllüdlü Elşən Nazim oğlu Əhmədovun üölüm səbəbi müəyyən edilməsə də, üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu