Gəncədə iki tələbə dəm qazından zəhərlənib

06.01.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən binaların birində baş verib.

Ağdaş rayon sakini 2006-cı il təvəllüdlü S.Məcidova və Şirvan şəhər sakini 2006-cı il təvəllüdlü N.Nərimanova zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə yardım edilib,onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Məlumata görə, gənc qızlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Qeyd edək ki,S.Məcidova və N Nərimanova Gəncə Dövlət Universtetin tələbələridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью