Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncədə yanğın qeydə alınıb.
Gununsesi.info -nun məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində baş verib. Belə ki, sözügedən ərazidə yerləşən ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb olunub.
Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının baş vermə səbəbləri araşdırılır. (unikal.az)