Gəncədə ikinci əl avtomobil ehtiyat hissələri mağazası yanıb FOTOLAR

11.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Gəncədə yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, ikinci əl avtomobil ehtiyat hissələrinin satışı mağazasında anidın yanğın başlayıb.

Əraziyə FHN əməkdaşları cəlb olunub. Bildirilir ki, ümumi ərazisi 1600kv/m olan obyektin 350 kv/m-lik çardaq hissəsi və 200 kv/m olan ikinci əl ehtiyyat hissələrinin saxlandığı anbar yanıb.

Hadisə zamanı 400 kv/m-lik gündəlik ərzaq məhsullarının saxlandığı anbar yanğından mühafizə olunub

Yanğın söndürülüb. (APA)

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью