Gəncədə itkin düşən kişi iki gündür tapılmır VİDEO

10.11.2026

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Bu izdihama qarışan 84 yaşlı kişi itkin düşüb. Hadisə Gəncədə baş verib.

AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, Astaradan əsgər yanına gedən ailə üzvlərindən biri insan selinə qarışaraq yoxa çıxıb. 

Eldəniz Hüseynov deyir ki, atasını və digər ailə üzvlərini də götürərək Gəncəyə əsgər oğlunun andiçmə mərasiminə gediblər. Əsgərlə görüşən baba nəvəsi ilə şəkil də çəkdirib. Mərasim bitəndən sonra sonra 84 yaşlı Mirzəcan Hüseynov insanlar arasında itib.

Ailə üzvləri iki gündür Gəncədə qalaraq kişini axtarırlar. Hadisə ilə bağlı Polisə də müraciət olunub. Eldəniz Hüseynov bildirir ki, itən yaşlı atasının qismən yaddaş pozğunluğu var imiş.

Vətəndaşın müraciəti əsasında Gəncə Şəhər baş polis idarəsinin tabeli bölmələri tərəfindən vətəndaşın tapılması istiqamətində tədbirlər görülür.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью