Gəncədə kafe yanaraq kül oldu Foto

09.03.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən, ümumi sahəsi 100 kv.m olan kafenin demək olar ki, bütün yanar konstruksiyaları yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə iki yanğınsöndürən maşın və 15-ə yaxın canlı qüvvə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülsə də, obyekt əşyaları ilə birlikdə tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью