Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində kanalizasiya xətlərində qaynaq işləri aparılan zaman partlayış qeydə alınıb.
Nəticədə 1984-cü il təvəllüdlü A. Zamanov, 1968-ci il təvəllüdlü Ərəstun adlı şəxs və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.