Gəncədə kişi arvadını bıçaqladı

06.11.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Unikal"ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A.Rəhimovun kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiklıri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью