Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 60 yaşlı X.Məmmədli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, X.Məmmədlini həyat yoldaşı 61 yaşlı A.Məmmədov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədovun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.