Gəncədə kişi ehtiyatsızlıqdan bıçaq xəsarəti aldı

21.11.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Gəncədə 60 yaşlı kişi bıçaq xəsarəti alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Şəhər sakini 1965-ci il təvəllüdlü R.Həsənov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, R.Həsənov yaşadığı evdə iş görən zaman ehtiyatsızlıqdan bıçaq ona batıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью