Gəncədə kişi həyat yoldaşını döydü | Icma.az
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Gəncədə 34 yaşlı qadın əri tərəfindən döyülüb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəli küçəsində qeydə alınıb.
Sözügedən küçədə yaşayan şəhər sakini 1991-ci il təvəllüdlü Humay Abdıyeva döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına yardım edilib, vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə qadını ailə münaqişəsi zamanı həyat yoldaşı E.Abdıyev döyüb.
Hazırda fakt araşdırılır. Tural Əhmədov Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu