Gəncədə küçə itləri qadına HÜCUM ETDİLƏR

27.04.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə şəhərində küçə itləri qadına xəsarət yetirib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhəri ərazisində Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü P.Əliyeva bir neçə küçə itinin hücumuna məruz qalıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью