Gəncədə kuryer qəzaya düşdü

24.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Gəncə şəhərində qida məhsulları daşıyan kuryer qəzaya düşüb.

Teleqraf.com-un yerli bürosunun xəbərinə görə, 15 yaşlı yeniyetmə Vəliyev Cahangir Sultan oğlunun idarə etdiyi motosıkıl "VAZ 21099" markalı avtmomaşınla toqquşub. Qəza zamanı yeniyetmə ağır bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью