Gəncədə kütləvi dava: 1 ölü, 3 yaralı var

06.08.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncədə restoranlardan birinin qarşısında baş verən kütləvi dava bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində baş verib.
Yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov kəsici-deşici alətlə bədənin daxilinə keçən xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib.
Kütləvi dava zamanı daha üç nəfər - 1995-ci il təvəllüdlü Rahub Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və həmyaşıdı Azamat Peşerskiy də kəsici-deşici alətdən xəsarətlər alıblar. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlandığı bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью