Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gəncədə restoran qarşısında baş verən kütləvi davada ölüm faktı qeyd alınıb.
TƏBİB-dən XQ-yə verilən məlumata görə, avqustun 6-da saat 04:30 radələrində xəsarət alması səbəbilə üç kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1983-cü il təvəllüdlü kişinin isə həkiməqədər ölüm faktı qeyd alınıb.