Gəncədə maşın 59 yaşlı kişini vurub xəstəxanalıq etdi

27.09.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

 

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BYD” markalı minik avtomobili yolu keçmək istəyən 1967-ci il təvəllüdlü İ.Nəcəfovu vurub.

Piyada dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью