Gəncədə maşın 86 yaşlı kişini vurdu

26.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Gəncədə yaşlı kişini avtomobil xəstəxanalıq edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1939-cu il təvəllüdlü F. İbrahimovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 86 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью