Gəncədə maşın aşdı ÖLƏN VAR

13.11.2024

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətədə olan "Naz Lifan" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 2002-ci il təvəllüdlü Elnur Ağayev hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью