Gəncədə maşın dəmir yolu xəttinə çırpılıb aşdı Ölən var

04.03.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Dünən Gəncədə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1961-ci il təvəllüdlü Hacıyev Nəriman Nəcəf oğlu sükanı arxasında olduğu “VAZ 21150” markalı avtomobillə şəhərin Natavan-2 qəsəbəsində hərəkətdə olarkən maşının sağ arxa təkərinin dəmir yolu xəttinə dəyməsi nəticəsində idarəetməni itirərək qəza törədib. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt üzrə Gəncə şəhər BPİ-də cinayət işi başlanıb, istintaq aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью