Gəncədə məişət tullantıları yandı FOTO

18.06.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Gəncədə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin 4-cü mikrarayon ərazisində baş verib. Belə ki, sözügedən ərazidə 5 mərtəbəli yaşayış binasınında yaxınlığında olan məişət tullantıları yanıb. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ətraf ərazilər və yaxınlıqda olan evlər yanğından mühafizə olunub.

Yanğın baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью