Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncədə 9-cu sinif şagirdi itkin düşüb.
"Unikal"ın məlumatına görə, Gəncə şəhər sakini 2011-ci il təvəllüdlü Elşan Alıməmmədov ötən gün yaşadıqları evdən hazırlıq adı ilə çıxıb. Bundan sonra məktəblidən xəbər olmayıb.
Qeyd edək ki, Elşan Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9cusinif şagirdidir. Hazırda məktəblinin tapılması istiqamətində polis tərəfindən axtarışlar davam etdirilir.
Tural Əhmədov