Gəncədə məktəblilər dərs gününə Dövlət Himni ilə başlayıblar FOTO

14.10.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə şəhər 21 nömrəli tam orta məktəbdə şagirdlər dərs gününə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, məktəblilərin vahid məktəbli formasında bir araya gəlməsi, Dövlət Himninin səsləndirilməsi zamanı nümayiş etdirdikləri birlik və nizam-intizam diqqət çəkib.

Məktəbdə yaradılan bu mənzərə şagirdlər arasında kollektiv ruhun, dövlət rəmzlərinə hörmətin və məktəb intizamının əhəmiyyətini bir daha ön plana çıxarıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью