Gəncədə məktəblinin meyiti tapıldı

21.06.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Gəncədə 17 yaşlı yeniyetmənin yaşadığı evdə meyiti tapılıb.

Moderator.az xəbər verir ki, 2009-cu il təvəllüdlü Ə. Novruzovun meyiti yaşadığı Məhsəti qəsəbəsindəki evində tapılıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Məlumat üçün bildirək ki, Ə. Novruzov 11-ci sinif şagirdi olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью