Gəncədə məşhur markaya aid saxta araqlar aşkarlandı

31.01.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncədə fəaliyyət göstərən bəzi ticarət obyektlərində yoxlama keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, şəhərin Məhsəti qəsəbəsində yerləşən, fiziki şəxs Vaqif Abbas oğlu Tağıyevə və fiziki şəxs Asif Tofiq oğlu Məmmədova məxsus ərzaq mağazalarında yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb.

Məhsulların kustar üsullarla hazırlandığı, müşayiətedici sənədlərinin olmadığı, üzərində yanlış məlumatların qeyd edildiyi və saxta VÖEN göstərildiyi müəyyənləşdirilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib.

Saxta məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью