Gəncədə minik avtomobili parka girib, xəsarət alanlar var

22.02.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı parka girib.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdilib.

Faktla bağlı araşdırma aparılır

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью