Gəncədə minik maşını ağaca çırpıldı Xəsarət alan var

23.08.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью