Gəncədə minik maşını aşıb: Ölən var

13.11.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumatına görə, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisənin baş verməsinə səbəb "NAZ Lifan" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması olub.

Qəza zamanı Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Elnur Ağayev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью