Gəncədə minik maşını aşıb Xəsarət alanlar var

07.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ-21015 markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza zamanı avtomobildə olan bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью