Gəncədə minik maşını avtobusa çırpılıb, xəsarət alan var FOTOLAR

15.01.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində "Chevrolet" markalı minik maşını sərnişin avtobusuna çırpılıb. Nəticədə minik maşınının sürücüsü 2006-cı il təvəllüdlü R.Süleymanov xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Oxunub 0

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью