Gəncədə minik maşını dərəyə düşdü

12.10.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncədə yol qəzası olub.

"Unikal"ın məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı qadın sürücü xəsarət alıb. Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью