Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Gəncədə baş verən yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 20-də saat 14:07 radələrində qeydə alınıb.
Belə ki, “Mitsubishi” markalı avtomobilin sürücüsü yolayrıcına daxil olarkən qarşıdan düzünə hərəkət edən “VAZ-2110” markalı avtomobilə yol vermir. Nəticədə nəqliyyat vasitələri toqquşur.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəyib.
Xatırladaq ki, yolayrıclarında hərəkət üstünlüyü svetoforun siqnallarına, yol nişanlarına və yolayrıcının nizamlanma vəziyyətinə uyğun müəyyən edilir. Nizamlanan yolayrıcında sürücülər svetoforun tələblərinə, nizamlanmayan yolayrıcında isə üstünlük nişanlarına, belə nişanlar olmadıqda isə qanunvericiliklə müəyyən edilmiş keçid qaydalarına əməl etməlidirlər. Eyni əhəmiyyətli yolların kəsişdiyi nizamlanmayan yolayrıcında sola dönən sürücü qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.
Nərmin
bax.tvhttps://bax.tv/embed/229235.html