Gəncədə motosiklet piyadanı vurdu

04.02.2026

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncədə motosiklet piyadanı vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəktədə olan motosiklet yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Qəza zamanı motosiklet sürücüsü 1990-cı il təvəllüdlü C.Abdullayev və piyada qadın xəsarət alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı bağlı aparılır.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью