Gəncədə mübahisə bıçaqlanma ilə bitdi: İki nəfər xəstəxanaya yerləşdirildi

10.08.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Gəncə şəhərində mübahisə zəminində iki nəfər bıçaq xəsarəti alıb.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1997-ci il təvəllüdlü E.Məmmədov və 2001-ci il təvəllüdlü R.Rüstəmov mübahisə zəminində bıçaq xəsarəti alıblar.

Hər iki yaralı xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью