Gəncədə müğənni qəzaya düşdü

16.06.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncədə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova avtomobil qəzasına düşüb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Mikayıl Muşfiq və Şota Rustavelli küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, M.Cəfərovanın sükan arxasında olduğu "Jetour" markalı avtomobil Habil Əbdürrəhmanovun idarə etdiyi "Prius" markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki atomobilə ciddi ziyan dəyib.

Məlumat üçün bildirək ki, Mehparə Cəfərova Gəncə Dövlət Filarmoniyasının solistidir

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью