Gəncədə muzey əməkdaşları üçün təlim keçiriləcək

09.04.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cari ilin 11 aprel tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə muzey əməkdaşları üçün təlim təşkil olunacaq.

Təlimdə Gəncə şəhəri və ətraf rayonların muzey əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, onlara nəzəri və təcrübi biliklər qazandırmaq  məqsədilə  muzey işinin təşkili, fond və ekspozisiya zallarının müasir standartlara uyğun qurulması, eksponatların mühafizə qaydaları, təqdimat zamanı rəqəmsal vasitələrdən istifadə kimi mövzular ətrafında söhbət aparılacaq.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью