Gəncədə Nazlifan aşdı, sürücü öldü FOTO

13.11.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Gəncədə ölümlə nəticələnən yol qəzası olub.

News24.az-ın "Unikal"-a istinadla məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində gecə saatlarında baş verib.

Hərəkətdə olan “Nazlifan” markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü 2002-ci il təvəllüdlü Elnur Ağayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью