Gəncədə “Niva” ilə şəhəri birbirinə qatan sürücü 20DX016 VİDEO

15.11.2024

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Gəncə şəhəri “Mərkəzi kruq” adlanan yolda qaydaları kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az xəbər verir ki, sürücü idarə etdiyi "Niva" markalı 20-DX-016 qeydiyyat nişanlı avtomobillə ardıcıl olaraq manevr qaydalarını pozub.
Digər video isə şəhərin Həsən Bəy Zərdabi küçəsində qeydə alınıb. Sürücünün avtomobildə bir sıra konstruksiya dəyişikliyi etməsi və digər sürücülərə təhlükəli vəziyyət yaratması aydın şəkildə əks olunub. 

Qeyd edək ki, sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırıla bilər.

Könül Rauf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью