Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən ticarət obyektlərində yoxlama keçirilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Məhsəti qəsəbəsində yerləşən, fiziki şəxs Tağıyev Vaqif Abbas oğluna və fiziki şəxs Məmmədov Asif Tofik oğluna məxsus ərzaq mağazalarında yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb.
Məhsulların kustar üsullarla hazırlandığı, müşayiətedici sənədlərinin olmadığı, üzərində yalnış məlumatların qeyd edildiyi və saxta VÖEN göstərildiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin