Gəncədə oğul anasını öldürüb

21.08.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Gəncədə oğul anasını qətlə yetirməkdə şübhəli bilinir.

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni Qəsəbə adlanan ərazidə baş verib.

1978-ci il təvəllüdlü Qərənfil Muxtarova evində boğularaq öldürülüb. İlkin ehtimala görə, qadını oğlu 2002-ci il təvəllüdlü Elgün Mirzəyev qətlə yetirib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью