Gəncədə öldürülən məktəblininFOTOLARI

08.10.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, Gəncədə Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında qətl hadisəsi baş verib.

Bakupost.az Gencexeber.az-a istinadla xəbər verir ki, iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb. Yeniyetmə Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdi olub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Hadisəni törədənin müəyyən edilməsi və saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Vəfat edən məktəblinin fotolarını təqdim edirik:


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью