Gəncədə orta yaşlı qadını və yeniyetməni maşın vurdu

08.03.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisələrdən biri şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəktədə olan NİVA markalı minik maşını 1961-ci il təvəllüdlü M.Müseyibovanı vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Digər hadisə isə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. Belə ki hərəkətdə olan KİA markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2015-ci il təvəllüdlü İ.Musayevi vurub.11 yaşll piyada xəstəxanaya yerləşdirilib, hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью