Gəncədə PARTLAYIŞ: ölən var

17.12.2024

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncədə bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb. 1974-cü il təvəllüdlü A.Tağıyev yaşadığı evdə "OF 843 "markalı minatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub. Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, A.Tağıyev mərmini qoyun otaran zaman tapıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью